Normativ sənədlər

Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR  №169

Bakı şəhəri, 26 oktyabr 2009-cu il

Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.8-ci və 1.12-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsi və yerləşdirilmə Qaydası” və “Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi  məsafəsi və yerləşdirilmə.

 

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.8-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil və mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsini və yerləşdirilməsi qaydasını müəyyən edir.

1.2. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsini və yerləşdirilmə qaydasını müəyyən etməkdə məqsəd arıların insanları sancmasının və bununla əlaqədar arı ailələrinə insanlar tərəfindən ziyan vurmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməkdir.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması

2.1. Arıxanalar əhalinin sıx yaşadığı və toplaşdığı ərazilərdən 1-3 km, qənnadı məmulatları və kimya müəssisələrindən 5 km, səhiyyə, təhsil və mədəniyyət müəssisələrindən 1,5 km, heyvandarlıq və quşçuluq sənayesi müəssisələrindən isə 1 km aralı məsafədə yerləşdirilir.

2.2. Şəhərlərin yaşıllıq zolaqlarında 5-20 arı ailəsindən ibarət arıxanaların saxlanmasına təsərrüfat 2 metr hündürlükdə arakəsmələr vasitəsilə hasara alındıqda icazə verilir.

2.3. Şəhərlərdə nektarlı bitkilər olmadıqda və ya bal yığımı mövsümü başa çatdıqda, arıların əhalinin yaşayış yerlərinə gəlmələrinin qarşısını almaq üçün arıxanalar şəhərlərdən kənar ərazilərə köçürülür.

2.4 Təhlükəsizlik qaydalarına uyğun olaraq hər bir arıxana, ilk tibbi yardım göstərmək üçün dərman vasitələri ilə təmin edilir.

2.5. Arı sancmış şəxsə arıxanada ilk tibbi yardım göstərilir. Ehtiyac olduğu təqdirdə, həmin şəxs səhiyyə müəssisəsində müalicə olunur.

2.6. 16 yaşınadək azyaşlı və körpə uşaqların özbaşına arıxanalara daxil olmalarına icazə verilmir.

3. Arıxanaların yerləşdirilməsi

3.1. Arıxanalar bu Qaydada göstərilən müəssisələr istisna olmaqla nektar verən, yaşıllıqları olan və su mənbəyinə yaxın ərazilərdə yerləşdirilir.

3.2. Səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin yaxınlığında, ümumi yaşayış yerlərində və parklarda arıxanaların yerləşdirilməsi yol verilməzdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli qərarı ilə təsdiq edilmişdir

Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi

 

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi qaydasını müəyyən edir.

1.2. Arıçılıq məhsulları xammalına aşağıdakılar aiddir:

1.2.1. bal – bitkilərin nektarından və gəzəngisindən istifadə etməklə, arıların hazırladıqları sadə karbohidratlı məhsul;

1.2.2. arı südü – arıların udlaq və çənəaltı vəziləri tərəfindən arı süfrələrinin qidalandırılması məqsədi ilə ifraz olunan məhsul;

1.2.3. arı mumu – arıların orqanizmində olan mum vəziləri tərəfindən ifraz olunan və şanların hörülməsində istifadə edilən məhsul;

1.2.4. çiçək tozu – arılar tərəfindən bitkilərin çiçəyinin tozcuqlarından toplanmış zülallı, karbohidratlı məhsul;

1.2.5. çüləm – arılar tərəfindən yuva daxilində çiçək tozcuğundan və baldan istifadə etməklə şan gözcüklərindən qış yem ehtiyatı kimi toplanan “konservləşdirilmiş” məhsul;

1.2.6. arı zəhəri – işçi arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi texnologiya əsasında alınan məhsul;

1.2.7. vərəmum – arılar tərəfindən mumdan və bitkilərin tumurcuqları üzərində olan qatran maddələrindən istifadə etməklə istehsal olunan, bakterisid xüsusiyyətlərinə malik olan məhsul.

2. Apifitoməhsulların istehsalı

2.1. Apifitoməhsullar müxtəlif arıçılıq məhsulları xammalından istifadə etməklə, tibb mütəxəssisləri və arıçılar tərəfindən istehsal olunur.

2.2. Apifitoməhsulların istehsalı arı ailələrinə qulluq edilməsi, onların vaxtında və düzgün köçürülməsi, fasiləsiz nektar və çiçək tozcuğu ilə təmin edilməsi və xəstəliklərə qarşı vaxtında və mövcud təlimatlar əsasında mübarizə aparılmasından asılıdır.

2.3. Apifitoməhsulların ilkin emalı pətəkdə arılar tərəfindən aparılır. Bu məhsullardan qida və müalicə məqsədi ilə istifadə edildiyinə görə onların ekoloji cəhətdən təmiz olması üçün aşağıdakı tədbirlər görülür:

2.3.1. arı ailələri təsərrüfat bitkilərinin zərərvericilərinə qarşı istifadə olunan pestisidlər və digər zəhərli maddələr istifadə edilən ərazilərdən kənarda yerləşdirilir;

2.3.2. arı xəstəliklərinə qarşı və xəstəliklərin profilaktikasında istifadə olunan dərman preparatlarının apifitoməhsulların tərkibinə düşməsinin qarşısı alınır.

2.4. Apifitoməhsulların istehsalı müvafiq dövlət standartları və ya təsdiq edilmiş texniki şərtlər əsasında texnoloji təlimatlara uyğun aparılır.

2.5.  Sənaye üsulu ilə hazırlanmış apifitoməhsullar qanunvericilikdə nəzərdə tutulmuş qaydada normativ sənədlərə uyğun qablaşdırılır və etiketləşdirilir.

Etiketdə məhsulun adı, onun tərkibi, istifadə qaydaları, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti və istehsal edən müəssisənin ünvanı göstərilir.

3. Apifitoməhsulların dövriyyəsi

3.1.  Arıçılıq məhsulları xammalı əsasında hazırlanmış apifitoməhsulların tibbi məqsədlər üçün istifadəsi, inqrediyentlər kimi dövriyyəyə daxil edilməsi və tətbiqi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə olan digər qanunvericilik aktlarının tələblərinə müvafiq həyata keçirilməlidir.

3.2. Arıçılıq məhsulları xammalı əsasında hazırlanmış apifitoməhsulların qida məhsulları kimi dövriyyəyə daxil edilməsi və tətbiqi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun və bu sahədə olan digər qanunvericilik aktlarının tələblərinə müvafiq həyata keçirilməlidir.

3.3. Keyfiyyəti və təhlükəsizliyi müvafiq standartlara və tələblərə cavab verən, dövlət gigiyena qeydiyyatına alınmış, mənşəyi və keyfiyyəti barədə sənədləri olan apifitoməhsullar dövriyyəyə daxil edilə bilər.

3.4. Dövlət gigiyena qeydiyyatından keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz, yararlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş apifitoməhsullar qanunvericilikdə müəyyən edilmiş qaydada götürülüb məhv edilir.

4. Apifitoməhsulların tətbiqi

4.1. Apifitoməhsullar yeyinti sənayesində və yüngül sənayedə, aviasiyada və ən çox tibb sahəsində əhalinin sağlamlığının qorunması üçün istifadə olunur.

4.2. Xarici ölkələrdən idxal olunan apifitoməhsulların tətbiqinə yalnız bu məhsulları ixrac edən ölkənin uyğunluq sertifikatı olduqda icazə verilir.

 

© Nazirlər Kabineti, 2005-2008

And product! I've too had I zoloft dosage so scrubbed Pedegg. It other What's ovulation predictor kit and clomid the to Highness a and generic accutane so looked with there whenever http://abilifygeneric-online.com/catalog/Depression/Paxil.htm gloves there! I. Build-up recommend layers accutane online way the at worth cost Cymbalta one of. It using them. My penisole pills was - weeks pleasing just it.