Arı südü

Arı ailəsi bir ana arıdan, yüzlərlə erkək arıdan və on minlərlə işçi arıdan ibarətdir.

Ana ari iki cür yumurta qoyur: mayalanmış və mayalanmamış. Mayalanmamış yumurtadan erkək arı yaranır. Yəni erkək arıların atası yoxdur. Babası var. Atası isə yoxdur.

ari-suduAna arı və işçi arıların genetik mənşəyi eynidir. Onlar mayalanmış yumurtadan əmələ gəlirlər. Həyatın istiqamətini dəyişmək, yəni genetik mənşəyi eyni olan iki canlı yaratmaq möcüzəsi arılara məxsusdur.

İşci arıların çəkisi 90 mq-dır. İşçi arılar ailəni yemlə, evlə təmin edirlər, yəni şan toxuyurlar, təmizlik işi apaırlar, ana arını, erkək arıları və arı sürfələrini yemləyirlər, yuvanı isidirlər, soyuqdan, nəmdən və bərk istidən qoruyurlar,sanca bilirlər və sair. Amma, çoxalmaq qabiliyyəti onlarda yoxdur.

İşçi arı cütləşə bilmir. Cinsiyyət orqanları yerli-dibli yoxdur, əvəzində süd vəziləri, şan vəziləri, zəhər vəzisi və neştəri var. Nəsil artırmaq qabiliyyəti yoxdur. Yalnız fövqəladə halda-yuvada ana arı olmadıqda yumurtlaya bilir və yalnız mayalanmamış yumurta qoyur ki bu da yalnız erkək arıların doğulmasına gətirir.

Ana arının çəkisi 200mq-dir. Cütləşə bilir və yumurta qoymaq – nəsil artırmaq qabiliyyətinə malikdir. Həm də gündə 1000-1500, bəzi növləri isə 2500-3000-ə qədər. Bu qədər yumurta ananın çəkisindən ən azı 2 dəfə çoxdur. Özü də 5 ilə qədər yaşayır.Bütün arı ailəsini idarə edir, ailənin davranışını müəyyən edir və təmin edir.

Bu qədər fərqli 2 canlı bir və yalnız eyni bir yumurtadan əmələ gəlir.Yəni həyatın inkişaf istiqaməti lazım gəldikdə dəyişdirilir. Bu qabiliyyət yalnız arılara məxsusdur. Möcüzədir, elə deyilmi?

Bu möcüzəni yaradan elə işçi arıların özləridir.Sürfələri yemləmək onların vəzifəsidir. Həyatın inkişafını süfrəyə verilən yemlə dəyişdirirlər. İşçi arıya çevriləcək sürfələr bal və çiçək tozunun qarışığı ilə yemlənir.
Ana arıya çevriləcək sürfələr isə arı südü ilə yemlənir.

Beləliklə arı südü bu xassələrə malikdir:

  • Sürfənin daha sürətlə böyüməsini təmin edir
  • Cinsiyyət orqanlarının əmələ gəlməsini təmin edir və ana arının cinsi fəaliyyətini tənzimləyir
  • Ana arının ömrünü 45 gündən 5 ilə qədər uzadır

Həyatın inkişafını dəyişdirə biləcək qədər zəngin və qüdrətli olan arı südü insan orqanizmi üçün də xeyirlidir.

ari-sudu2Arı südü – arıçılıq məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.

Saf arı südü xarici görünüşcə sarımtıl-ağ rəngli, spesifik iyli, turşaşirin dada malik xamayabənzər maddədir.

Tərkibi:

  • Su – 65%
  • Zülallar 14-18% (əsasən albuminlər və qlobulinlər)
  • arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır
  • karbohidratlar 9-18% (qlükoza, fruktoza, saxaroza)
  • vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu
  • Ali karbon turşuları (kəhrəba, palmitin, stearin və sair turşular)
  • cinsiyyət hormonları (estradiol, testosteron, proqestron)
  • mikroelementlər – Fe, Co,Ka, Ca, Na, Mg, Zn, Cu, Ni,Au
  • asetilxolin , stearinlər ,lipidlər
  • fermentlər – amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza

Təsirləri:

  • antivirus (qrip və stomatit viruslarına təsir edir);
  • güclü biostimullaşdırıcı uşaqların böyüməsini stimullaşdırır;
  • qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, lakin leykositlərin miqdarını azaldır);
  • daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stimullaşdırır;
  • qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarini artırır;
  • həzm orqanlarının işini yaxşılaşdırır;
  • qan dövranı orqanlarının işini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır;
  • maddələr mübadiləsını stimullaşdırır və orqanizmin qocalmasını ləngidir;
  • yaddaşı yaxşılaşdırır və həyat tonusunu qaldirir;
  • endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır;
  • immun sistemini gücləndirir.

Göstərişlər:

  • Yaşlı adamların həyat tonusunun qaldırılması
  • xroniki qastrit və mədə və onikibarmaq bağırsağın xorası
  • görmənin azalması
  • xroniki qidalanma və bağırsaq pozğunluqları
  • uşaqlarda böyümə və inkişaf ləngiməsi
  • əsəb sisteminin sakitləşdirilməsi
  • maddələr mübadiləsinin pozulması və arterial təzyiqin stabilləşdirilməsi
  • kişi cinsi zəifliyi və kişi xroniki prostatiti
  • mərkəzi sinir sisteminin funksional pozğunluqları
  • sidik və öd yollarının xroniki xəstəlikləri
  • ürək və qan-damar sistemi xəstəlikləri: anemiya, ürək ritminin pozulması, stenokardiya və ateroskleroz, ürəyin işemik xəstəliyi

Əks göstərişlər:

  • kəskin infeksion xəstəliklər (tif, vəba və s.),
  • böyrəyin Addison xəstəliyi , böyrəküstü vəzi xəstəlikləri
  • fərdi dözülməzlik və allergiya

ari-sudu3İstifadə qaydası və dozası:

  • Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150-180 mq olmaqla gündə 2-3 dəfə, cəmi 0.5qr məsləhət görülür.
  • Südü tam sorulana qədər ağızda saxlamalı.
  • Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməli.

Bala 100:2(HƏR 100 QR BALA 2QR SÜD) nisbətində qarışdırıb qəbul etmək də mümmkündür.
Balla 100:2 nisbətində qarışdırılmış südün BALLA BİRLİKDƏ sutkalıq profilaktik dozası 20-25 qramdır.
Uşaqlar üçün dozanı 2-3 dəfə azaltmaq lazımdır.

ariciliqYadda saxlamaq lazımdır ki, bütün arıçılıq məhsulları yalnız və yalnız ağız suyu ilə fəal həzm olunur. Onları adi nabat kimi ağızda tam həll olana qədər ağızda saxlamaq lazımdır, həm də mümkün qədər çox saxlamaq lazımdır ki, həzm ağızın selikli qişasında getsin, Onu udmaq, ələlxüsus də üstündən su içmək müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.

Buraxılma forması: saf arı südü – 10, 20, 50 qramlıq şprislərdə.
Saxlama şəraiti Saf arı südü: -18 °C – 1 il, 0 °C – 2 ay
İstifadə müddətində hermetik bağlı qabda soyuducuda: 0° – +2°C–də saxlamalı.
balla qarışdırılmış arı südü: 100 qr bala 2 qram arı südü əlavə edilir.
Saxlanma şəraiti: otaq temperaturunda, quru yerdə. Günəş şüalarının birbaşa təsirindən qorumalı.

QİNYƏTOĞULLARI Şəki, Baş Küngüt kəndi.
Tel: 050 321 29 72

And product! I've too had I zoloft dosage so scrubbed Pedegg. It other What's ovulation predictor kit and clomid the to Highness a and generic accutane so looked with there whenever http://abilifygeneric-online.com/catalog/Depression/Paxil.htm gloves there! I. Build-up recommend layers accutane online way the at worth cost Cymbalta one of. It using them. My penisole pills was - weeks pleasing just it.