Vərəmum

Vərəmumun preparatları

Vərəmum xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində lap qədimdən istifadə edilir.
Vərəmum həm təbii halda, həm də müxtəlif ekstraktlar, qarışıqlar, məlhəmlər, cövhərlər,balzamlar şəklində tətbiq edilir.
Ev şəraitində hazirlana bilən vərəmum preparatlarının müxtəlif variantlarını sizə təqdim edirik.

Vərəmumun spirtdə cövhəri

Vərəmumu 2-3 mm ölçülərə qədər xırdalayın. Bunun üçün vərəmumu soyuducuda bir neçə saat saxladıqdan sonra TYORKADA sürtüb xəlvirdən keçirmək olar.Bu əməliyyat vərəmumum spirtlə kontakt sahəsini böyütməyə və daha çox maddənin ekstraksiya olumnasına imkan verir.

Sonra bu vərəmumu şüşə qaba töküb üstünə spirt (70% -90%-li)əlavə edib ağzını hermetik bağlamalı və quru və qaranlıq yerdə 8-10 gün saxlamalı. Bu müddət ərzində qabı vaxtaşırı (gündə3-4 )dəfə silkələmək və spirtlə vərəmumun daha yaxşı qarışmasını təmin etmək lazımdır. On gündən sonra qabı bir neçə saatlığa söyuducuda saxladıqdan sonra süzmək lazımdır.
Cövhər hazırdır. Cövhər sarıdan tünd qonura qədər müxtəlif rənglərdə xoşagələn spesifik ətirli şəffaf mayedir.

Farmokoloji xassələri

Vərəmumumun sprtli cövhərı antiseptik (antibakterial, antivirus və göbələk əleyhinə), yarasağaldıcı, ağrıkəsici, göynəmə və qaşınmanın qabağını alma, antitoksik və antioksidant xassələri var, qan laxtalanmasını azaldır, damarların qıc olmasını aradan qaldırır, mübadilə proseslərinin, toxumaların bərpasını və orqanizmin müdafıə reaksiyasını stimullaşdırır.

Saxlanma qaydası

Cövhər tünd rəngli şüşə qabda hermetik bağlı halda quru, sərin və qaranlıq şəraitdə saxlanmalıdır.Saxlanma müddəti 5 (beş) il.

İstifadə qaydası və dozası

Cövhər həm daxili , həm xarici, həm də aerozol müalicə üçün tətbiq edilə bilər.
Xarici istifadə ağızın selikli qişasının, diş ətinin və xroniki tonzillitin müalicəsində istifadə edilir.
Daxili qəbul qrip və soyuqdəymələrdə, kəskin və xroniki bronxitlərdə, iltihablarda və ağciyər vərəmində, mədə və onikibarmaq bağirsağın xorasında, kəskin və xroniki kolitlərdə istifadə olunur.
Doza 20-60 damcıdır. Cövhər ¼ və ya !/2 stəkan suya və ya südə əlavə edilir. Bu zaman südrəngli xirda lopalari-yumrulari olan emulsiya əmələ gəlir.

Xəstəlikdən asılı olaraq müalicə kursu 5-40 gün. Mədə xorasında müalicə kursu 3-4 həftə, 10-15 gündən sonra kursu təkrar etməli.
Uşaqlar üçün dozani belə hesablamalı: Uşağın hər yaşına böyuklər üçün olan dozanın 1/20-si. Məsələn 10 yaşlı uşaq üçün doza böyük dozanin yarısı qədər.

Bəzi şərhlər

Ekstragent kimi 70%li etil spirti götürmək daha məsləhətdir. Bu zaman vərəmumun tərkibində olan şan spitdə həll olmayacaq.
1:10 nisbətində qatılmış cövhərin tərkibində adətən 4-5% təsiredici vərəmum maddələri olur. Daha tünd- 2:10 , 3:10 nisbətində hazırlanan cövhər müvafiq olaraq 9-10% və 15-17 % təsiredici maddələrə malik olur.
Nə qədər vərəmumun məhlula keçdiyini daha dəqiq təyin etmək üçün cövhəri süzüb ölçülü qaba tökmək, qalığı isə çəkmək lazımdır. Əgər sizə daha az qatılı cövhər lazımdırsa . təmiz spirt əlavə edin.
Əgər cövhəri daha tez və ya təcili hazirlamaq lazımdırsa , onda qarışığı bir gün saxladıqdan sonra 2-3 saat ərzində azacıq qızdırmalı( su hamamında 40-50*C ) , sonra soyutmalı, soyuducuda 10-12 saat saxlayib süzməlı.
Əgər zavod şəraitində hazırlanmış cövhərin tərkibi dəqiqdirsə, ev şəraitində hazırlanmış cövhərin tərkibi sabit olmur.
Spirtli covhəri 30% və ya 40% -li spirtdə də hazırlamaq olar, amma belə cövhər 70-90% -li spirtin cövhərinə nisbətən daha az effektiv olur.

Vərəmumlu zeytun yağı

5,10,15 və ya 20 qram xırdalanmış vərəmum götürün,üzərinə 100 qram zeytun yağı əlavə edib qaynayan su hamamında qarışdıraraq 1 saat ərzində qızdırın və bir neçə qat tənzifdən süzün. Yağ hazırdır. O yarımmaye sarımtıl-yaşıl rəngdədir.
Vərəmumlu zeytun yağı ağızın selikli qişasının xəsyəliklərində,dəri xəstəliklərində, yaralarda, yanıqlarda, yoğun bağırsağın çatlarında, artritdə və s. xəstəliklərdə istifadə olunur.
Daxilə bronxların və ağciyər, mədə və bağırsaq xəstəliklərində , həmçinin qripləmə zamanı və immunitetin artırılmasında istifadə olunur. Doza –gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən yarım saat əvvəl.

Vərəmumlu süd
  • Vərəmum – 10qram
  • Süd – 200ml

Təzə südü minalanmış qaba tökün, qaynadın, qızdırıcının üstündən götürün, xırdalanmış vərəmumu əlavə edib həmcins kütlə alınana qədər qarışdırın. Sonra bir neçə qat tənzifdən şüşə və ya minalı qaba süzün . Süd soyuduqdan sonra südün üzərində əmələ gəlmiş şan təbəqəsini yəğışdırın.

Vərəmumlu süd adi qaynamış südə nisbətən daha dayanıqlıdır ( Vərəmumun təsiredici maddələri mikroorqanizmlərin inkişafına yol vermir.) Vərəmumlu süd profilaktik, ümumi möhkəmləndirici və müalicə məqsədi ilə istifadə olunur.
Vərəmumlu südü isti halda içmək məsləhətdir. Ümumi möhkəmləndirici və profilaktik məqsədlə gündə 1 dəfə ¼ stəkan, müalicə məqsədi ilə isə gündə 3 dəfə 1/3 stəkan içmək məsləhətdir.(mədə-bağırsaq və öd yolları xəstəliklərində.

Bitki yağı əsasında vərəmumlu-şanlı maz
  • Bitki yağı-1l
  • Şan 60-70 qram
  • Vərəmum 100 qram

Qarğıdalı, günəbaxan və ya dıgər bitki yağının minalı qabda qızdırıb üzərinə xırdalanmış şan və vərəmum əlavə edib qarışdıraraq daha yarım saat qızdırın.Qaynar halda bir neçə qat tənzifdən süzün. Tünd rəngli şüşə qabda hermetk bağlı halda saxlayın. Bitki yağı əsasında vərəmumlu-şanlı mazın çox gözəl yarasağaldıcı xassəsi var. Xarici istifadə üçün yararlıdır.

Vərəmumlu yağ

5, 10, 15 və ya 20%-li vərəmumlu yağ preparatları hazırlanır. Bunun üçün 5, 10, 15 və ya 20 qram xırdalanmış vərəmumu minalı qaba qoyun və su hamamında qatı maye əmələ gələnə qədər əridin. Sonra müvafiq olaraq 95, 90, 85 və ya 80 qram duzsuz kərə yağı əlavə edin ( qarışığın ümumi çəkisi 100 qram olmalıdır). Temperaturun 80*C-dən artıq olmaması şərti ilə zəif alovda 15 dəqiqə ərzində dayanmadan qarışdırın. Daha sonra 2-3 qat tənzifdən süzüb tam soyuyana qədər qarışdırın. Vərəmumlu yağ hazırdır. Daha yaxşı dadı olması üçün kofe və ya bal əlavə etmək olar.

Vərəmumlu yağ yaşılımtıl-sarı rəngə, vərəmuma məxsus spesifik iyə malikdir, acıtəhər dadı var.

Vərəmumlu yağ antimikrob, ağrıkəsici və iltihab əleyhinə xassələri ilə seçilir. Vərəmumlu yağ orqanizmin müdafıə qüvvəsini artırır, ən müxtəlif xəstəliklərin sürətlə sağalmasına səbəb olur. Vərəmumlu yağ kimyəvi və termiki yanıqların, çətin sağalan yara və xoraların, ağ ciyər vərəminin müalicəsində xüsusilə qiymətlidir.

İstifadə qaydası və dozası

Dozası- 5-10% li vərəmumlu yağdan -1 çay qaşığı, 15-20%li vərəmumlu yağdan ½ çay qaşığı gündə 2-3 dəfə yeməkdən bir saat əvvəl isti südlə qəbul etməli. Ağır çəkili adamlar dozanı 1.5 dəfə artıra bilər.
Qəbul kursunun müddəti xəstəlikdən asılıdır. Belə ki ağciyər vərəminin müalicəsində vərəmumlu yaği 1.5-2 ay ərzində qəbul etmək lazimdır. Daha sonra iki həftəlik fasilə və lazım gələrsə kursu təkrar etməli. Angina, bronxit, ağciyər iltihabı, faringit və s. xəstəliklərdə sağlana qədər qəbul edilir.
Preparat ağzı hermetik bağlı tünd rəngli şüşə qabda soyuducuda saxlanmalıdır

İstifadə edilmiş ədəbiyyat:

  1. Шагиданова. Ф.А. Большой медовый лечебник. Извательство Эксмо , Москва 2004.
  2. Лавренов В.К. Все о меде и других продуктах пчеловодства, Энсиклопедия Издательство “Сталкер” Москва 2004
And product! I've too had I zoloft dosage so scrubbed Pedegg. It other What's ovulation predictor kit and clomid the to Highness a and generic accutane so looked with there whenever http://abilifygeneric-online.com/catalog/Depression/Paxil.htm gloves there! I. Build-up recommend layers accutane online way the at worth cost Cymbalta one of. It using them. My penisole pills was - weeks pleasing just it.