Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə Qinyət oğulları illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır. Hal-hazırda 1400-ə yaxın arı pətəyi olan Qinyətoğulları atadan oğula keçən ailə təsərrüfatıdır. 1975-də ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib.

1980-cı ildən Qinyətoğulları ailəsi köçəri təsərrüfata keçib. Bal yığılması mövsümündə arıları bölgə-bölgə gəzdirərək məhsullarında çeşidlərin sayını artırıblar. Bu gün Qinyət oğulları təsərrüfatının arıxanaları Masallı, Lerik, Saatlı, Yevlax, Ağdaş, Şəki, Oğuz, Zaqatala, Qax və s. rayonlarda yerləşir.

1995-cı ildən kifayət qədər arısı və təcrübəsi olan təsərrüfat professional şəkildə fəaliyyətə başlayıb. 1996-cı ildə Azərbaycanda və Qinyət oğullarında ilk dəfə bal ilə yanaşı çiçək tozu istehsalına başlanıb və istehlakçılara təqdim olunub.

1998-ci ildə Qinyət oğulları məhsulları ilk dəfə Bakı şəhərində kütləvi satışa çıxarılıb. Qeyd edək, Qinyət oğulları Azərbaycanda arıçılıq məhsullarını xüsusi qablaşdırmada, etiketlənmiş, ticarət markası adı altında satışa çıxaran ilk təsərrüfatdır.

Artıq 1999-cu ildən təsərrüfat öz ana arılarını yetişdirməyə başlayıb. Seleksiya yolu ilə daha məhsuldar arılar yetişdirildi və təsərrüfat öz fəaliyyətini daha da genişləndirdi.

2000-ci ildə sahibkar Lətif Lətifov Amerikaya təcrübə toplmaq məqsədilə yollandı. Təsərrüfat yaranan gündən öyrənməyə, araşdırmağa, yeniliyə və innovativliyə meyillilik sayəsində bu gün Qinyət oğulları öz sahəsində liderdir.

2006-cı ildə Amerikdan bal süzmə avadanlıqları gətizdirildi. Təsərrüfatın bal süzmə gücü 5 dəfə artdı.

Elə həmin ildə, Qinyət oğulları öz məhsulları sırasına arı südünü də əlavə etdi. Ənənəvi metodlardan fərqli olaraq, Qinyət oğulları Çindən dəvət olunmuş ekspertin dəstəyi ilə yeni metod və alətlərdən istifadə edərək yükskək keyfiyyətli arı südü istehsal etməyə başladı. Çindən məhz arı südü istehsalı üçün yetişdirilmiş arı sortları alındı.

2015-ci ilin aprel ayında Qinyət oğulları daha bir ilkə imza atdı. Azərbaycanda ilk dəfə süni ana arı mayalandırılmasına başladı. Almaniyadan dəvət olunmuş ekspertlər, sifariş olunmuş avadanlıqlar öz bəhrəsini verdi.

Biz ürək rahatlığı ilə deyə bilirik ki, 44 ildir ki, təbii və yüksək keyfiyyətli bal, çiçək tozu, arı südü, vərəmum istehsalı ilə məşğul oluruq. Çoxillik ailə təsərrüfatımız ənənəvi istehsal sistemi və mənəvi dəyərlər əsasında fəaliyyət göstərir. Qinyətoğulları ailə təsərrüfatı öz fəaliyyətini beynəlxalq təcrübə və ekspertlərlə əməkdaşlıq zəmnində qurmaqla bərabər, müasir avadanlıqlardan yalnız əl əməyini yüngülləşdirmək məqsədi ilə istifadə edir. Qinyətoğulları ailə təsərrüfatında çalışan insanlar bu təsərrüfatın fəqrliliyini- dürüstlük və halallıq sevdiyini- yaxşı bilirlər və bunu məhsulun keyfiyyətində hiss etmək olur. Qinyətoğulları bal və digər arı məhsullarının çeşidinin genişləndirilməsində və insanlara həm dad, həm də sağlamlıq baxımından daha faydalı olmaqda çox
maraqlıdır.

Biz siz təbiətin bizə bəxş etdiyi möcüzəvi tərkiblərdən uzaq düşməyəsiniz deyə varıq!

Biz siz təbii balı rahatlıqla əldə edəsiniz deyə varıq!

Həftəlik xəbərlərə abunə olun
Bizi izləyin