Qinyətoğulları təsərrüfatı yalnız öz istehsalı olan məhsulları satışa çıxardır. Bu məhsulların təbii olmağına zəmanət verir.

Məhsullarımız şəhərimizin böyük supermarketlərində satışdadır. Marketlərin siyahısına Əməkdaşlarmız bölümündən baxa bilərsiniz. Bundan əlavə, Koroğluda yerləşən Bravo, Ayna Sultanovada yerləşən Bizim və Zabratda yerləşən Ayxan marketlərdə xüsusi bal şöbələrimiz var. Həmin şöbələrdə məhsullarımızın dadına baxa və əldə edə bilərsiniz.

Balı ən önəmli göstəricisi onun təbii olmasıdır. Balın tərkibi ikinci yerdə gəlir. Balın tərkibində olan bitkiyə allergiyanız yoxdursa və ya xüsusi məqsədlə həkim tərəfindən tövsiyə olunmayıbsa istənilən təbii baldan isstifadə edə bilərsiniz. Bal yığıldığı bitkidən asılı olaraq müxtəlif qoxuda, rəngdə və dadda olur. Damaq zövqünüzə uyğun olanı seçmək sizə qalıb.
Ölkəmiz üçün spesifik olan ballar May balı (tərkibi: qaratikan və akasiya), Dağ, Cökə balıdır. Sırf Akasiya və Şabalıd balının istehsalı adı çəkilən ağacların sayı azaldığı üçün aşağı düşüb.

Həftəlik xəbərlərə abunə olun
Bizi izləyin