Haqqımızda | AzəriBal

Haqqımızda

Biz təbii balı rahatlıqla

əldə edəsiniz deyə varıq!

   Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə Qinyət oğulları illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır. Hal-hazırda 1400-ə yaxın arı pətəyi olan Qinyətoğulları atadan oğula keçən ailə təsərrüfatıdır. 1975-də ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib.

   1980-cı ildən Qinyətoğulları ailəsi köçəri arıçılığın tətbiqinə başlayıb. Balyığımı  mövsümündə arıları bölgə-bölgə gəzdirərək məhsullarında çeşidlərin sayını artırıblar. Bu gün Qinyət oğulları təsərrüfatının arıxanaları Masallı, Lerik, Saatlı, Yevlax, Ağdaş, Şəki, Oğuz, Zaqatala, Qax və s. rayonlarda yerləşir.

   Biz ürək rahatlığı ilə deyə bilirik ki, 44 ildir ki, təbii və yüksək keyfiyyətli bal, çiçək tozu, arı südü, vərəmum istehsalı ilə məşğul oluruq. Çoxillik ailə təsərrüfatımız ənənəvi istehsal sistemi və mənəvi dəyərlər əsasında fəaliyyət göstərir. Qinyətoğulları ailə təsərrüfatı öz fəaliyyətini beynəlxalq təcrübə və ekspertlərlə əməkdaşlıq zəmnində qurmaqla bərabər, müasir avadanlıqlardan yalnız əl əməyini yüngülləşdirmək məqsədi ilə istifadə edir. Qinyətoğulları ailə təsərrüfatında çalışan insanlar bu təsərrüfatın fəqrliliyini- dürüstlük və halallıq sevdiyini- yaxşı bilirlər və bunu məhsulun keyfiyyətində hiss etmək olur. Qinyətoğulları bal və digər arı məhsullarının çeşidinin genişləndirilməsində və insanlara həm dad, həm də sağlamlıq baxımından daha faydalı olmaqda çox maraqlıdır.