Description
Ağ tut doşabı ölkəmizdə çox istifadə olunur və bəhməzlərin şahı hesab edilir. O, ana südünün artırılmasında, böyrək və sidik yollarında yaranan həm daş, həm də iltihabi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Qanazlığı, soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələrində də istifadə olunur. Bundan əlavə bəhməz əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır, mədə-bağırsaq yaraları, eləcə də ağciyər problemləri zamanı çox faydalı təsir göstərir Bəhməz inkişafda olan uşaqlar üçün də mükəmməl qidadır, çünki onların minerallara daha çox ehtiyacı vardır. Bəhməzi həm su ilə qarışdıraraq, həm də gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı içmək olar.Ağız və boğaz yaralarında onu ağızda bir müddət saxlayandan sonra udurlar. Bəhməzin bəlğəmgətirici funksiyası da var, südlə qarışdıraraq içdikdə bronxların yumşalmasına və təmizlənməsinə kömək edir.
Qinyətoğulları Ağ tut bəhməzi ənənəvi üsulla hazırlanır.