Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə Qinyət oğulları illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır. Hal-hazırda 1400-ə yaxın arı pətəyi olan Qinyətoğulları atadan oğula keçən ailə təsərrüfatıdır. 1975-də ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib.
Bal zahiri görünüşü, təbiətin izlərini daşıyan ətri və tərkibinə daxil olan qidalı maddələrin sayəsində insan tarixində çox əhəmiyyətli yer tutub. Balın tarixi kökü min illərin dərinliyinə gedib çıxır. Məlumdur ki, ilk bal hələ 15 min il əvvəl erkən daş dövründə əldə edilib və o vaxtdan etibarən insan həyatının mühüm hissəsinə çevrilib…

100%
organic
product
Balın faydalı xüsusiyyətləri
- metabolik prosesləri tənzimləyir
- immuniteti gücləndirir
- bal qan tərkibini yaxşılaşdırır
- yuxusuzluğun öhdəsindən gəlməyə kömək edir
- bədənə enerji verir, gücü bərpa edir
Bal əldə etmək mürəkkəb bir prosesdir və bir neçə mərhələdə istehsal olunur
Yuvanı bir fabrik kimi düşünə bilərik. Arılar ballarını yuvalardakı pətəklərə doldururlar. Mükəmməl altıbucaqlı forması ilə riyazi möcüzə hesab edilən pətəklərin alqoritminin mühəndisləri tamamilə arılardır. Arılar pətəkləri, qidalarını yığmaq, sürfələrini böyütmək və sığınacaq üçün qururlar.
Arılar balı çiçəklərdən,bitkilərdən topladıqları şirələrdən hasil edirlər. Bir kiloqram bal hasil etmək üçün arı 2000 uçuş edir,yüz minlərlə çiçəklərdən nektar toplayır. Arı sorduğu nektarı udlaq vəzilərinin şirəsi ilə qarışdırır və onu pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan pətəyə daşıyırlar. 1 qram bal hazırlamaq üçün arı çiçəkləri təxminən 180.000 dəfə ziyarət edir. Bir arının yaşadığı müddətdə topladığı balın miqdarı bir çay qaşığının 1/12 nisbətindədir.


01. Çiçəklər nektar istehsal edir və arılarımızı cəlb edir
Nektar-bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər – fruktoza və qlyukoza, habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza, melibioza, rafinoza vardır.

02. Arılar nektarı toplayaraq yuvalarına aparırlar
İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar.

03. Arılar yüceyrələri mum və bal ilə möhürləyirlər
Balın yetişmə mərhələsi keçdikdən sonra, arılar pətəyin üzərini nazik mum qapaqcıqları ilə örtürlər. Nektarın bala çevrilməsi prosesi bundan sonra da davam edir. Bal yetişir,ətirli olur və onun acı tamı çəkilir.

04. Məhsulu toplayırıq və qablaşdırmaya göndəririk
Minlərlə arının və arıçılarımızın zəhməti ilə birləşərək yaranan bu möcüzə keyfiyyətli qablaşmada süfrələrinizə gəlib çıxır. Bu təbii məhsulu sizə daim çatdıra bilmək üçün arılar kimi işləyirik.

Hansı bal daha yaxşıdır?
Bu bloq seriyamızda sizlərin çox soruşduğu sualları cavablandırmağa çalışacağıq. Ümid edirik ki, axtardığınız cavabları məqalələrimizdə taparsınız! Hans …
- By Admin
- 22

Bal alarkən diqqət edilməsi lazım olan məqamlar
Emal olunmamış xam bal dedikdə eyniylə pətəkdəki vəziyyətində saxlanılmış bal nəzərdə tutulur. Yəni bal pətəkdən götürülür, süzülür, durulması üçün bi …

Təbii bal niyə xarlayır?
Çox az sayda istifadəçi balın xarlama xüsusiyyətindən xəbərdardır. İnsanlar elə düşünür ki, xarlamış bal artıq xarab olub və ya bu bal saxtadır. Balla …