AzəriBal | Hansı bal daha yaxşıdır?

Hansı bal daha yaxşıdır?

Qinyətoğullarinin bal yığdığı ərazilərdə əsas bal verən bitkilər qaratikan, akasiya, cökə, müxtəlif yonca növləri, barınc, biyandır. Həmçinin yemişan, moruq, dəvətikanı, murdarça, pişik caynağı, müxtəlif qanqal növləri və s. bitkilər də bal topladığımız bitkilər arasındadır. Ancaq bu bitkilər yığılan balın kiçik faizini təşkil etdiyindən istehlakçılara o qədər də məlum deyil.
Hansı bal daha yaxşıdır? Uşaqlara hansı bal məsləhətdir? Hansı bal daha müalicəvidir?
Bu tip suallarla gün ərzində dəfələrlə rastlaşırıq. Nəzərə alsaq ki, vətənimizin təbiəti zəngindir və bal verən çiçəklərimiz kifayət qədərdir, həmçinin, bal haqqında kifayət qədər məlumat kirliliyi var bu sualların ortaya çıxması tam təbiidir.

Qaratikan balının tərkibinin əsas hissəsini qaratikan bitkisi çiçəklərinin nektarı təşkil edir. Bu tikanlı kol bitkisinin yarpaqları, meyvəsi, gövdəsinin qabığı xalq təbanətində geniş istifdə edilir Qaratikan balının tərkibində eyni zamanda akasiya, yemişan, murdarça nektarı da olur. Dadı şirindir, xoş, mülayim ətri var. Sarı kəhraba rəngi var. Boğazı o qədər də yandırmır, uşaqların sevimlisi olması təəccüblü deyil.

Cökə balı Qafqazın öndə gələn balllarından biridir. Cökə bitkisini demək olar ki, hamımız tanıyırıq. Cökə çiçəklərinin ətri necə özünəməxsusdursa, eyniylə balı da özünəməxsusdur. Bir dəfə cökə balını dadan kəs onu rahatlıqla digər ballardan ayırd edə bilər. Cökə balı tərkibinə qarışan digər nektarlardan asılı olaraq həm tünd, həm də açıq rəngli ola bilər.

Dağ balı iyul-avqust aylarında dağlıq zonalardan yığılır. Dağların münbit, zəngin təbiətini dağ balının dadında və rəngində aydın sezə bilərsiniz. Adətən tünd rəngli və kəskin dadlı olur. May balının fərqli olaraq boğazı yandırır.
Yonca balı əsasən cənub və aran zonalarından yığılır. Açıq rəngli olur. Tez xarlıyır. Yonca balı o qədər yüngül baldır ki, demək olar ki, boğazı yandırmır. Bu xüsusiyyəti asanlıqla istifadəçilər karıxdırır. Adətən el arasında elə bilinir ki, əgər bal boğazı yandırmırsa deməli təbii deyil.

Biyan balı aran rayonlarından yığılır. Tərkibinin əsasını biyan bitkisinin nektarı təşkil edir. Həmçinin tərkibində dəvətikanı, qanqal, pişik caynağı və s. bitkilərin nektarı olur. Biyan bitkisi ta qədim zamandan müalicəvi bitki kimi istifadə olunur. Yəqin əksəriyyətimiz biyan kökünün faydalarından xəbərdardır. Təəssüf ki oson illərdə biyan kökünə təlabat artdığı üçün sahələri şumlayıb biyan kökünü yığırlar. Bun səbəbdən də biyan balının təbii plantasiyaları demək olar ki qalmayıb.

Barınc balı Mingəçevir su anbarının subasarından yığılır. Sarı barınc bitkisi özü müalicəvi xüsusiyyətə malikdir. Bu bal çox sürətlə xarlayır. Özünəməxsus kəskin qoxusu var. Adətən bu qoxu istifadəçiləri uzaqlaşdırır. Dadı isə tamamilə başqa aləmdir. Bir dəfə dadmanız onu sizin sevimlinizə çevirəcək. Tez xarladığıdan qablaşdırıması çətindir. Ona görə də yalnızca xüsusi satış stendlərimizdən əldə edə bilərsiniz.

Şabalıd balı çox tanınan, axtarılan ballar siyahısındadır. Rəngi çox tünd olur. Heç xoşagələn dadı da yoxdur. Təəssüf ki, son illər şabalıd ağaclarının sayı xəstəliklər ucbatından kəskin azalmışdır. Buna görə də satışa çıxaralcaq qədər şabalıd bal istehsal etmək demək olar ki, mümkünsüz hala gəlib.

Digər çox soruşulan ballardan biri də akasiya balıdır. Rəngsiz, şəffaf baldır, ətri çox zərifdir. Bal ağzınızda əriyərkən baharın təravətini hiss edirsiniz. İstehsalçı olaraq, akasiya balını çeşidlərimiz arasına daxil etmirik. Çünki akasiya bitkisindən dərhal sonra qaratikan bitkisi çiçəkləyir. Akasiya balını pətəklərdən götürmək, süzmək qaratikan bitkisinə yetişməyimizi gecikdirəcəyi üçün arılarımızı birbaşa akasiyalıqdan qaratikanlığa aparırıq. Nəticədə həm akasiya, həm qaratikan bitkisinin möhtəşəm dadlarının birləşdiyi, gec xarlayan May balı əldə edirik.
Həmçinin qarabaşaq balı da çox soruşulur. Azərbaycanda qarabaşaq əkilmədiyi üçün bu bitkinin balını yığa biləcəyimiz mənbələr yoxdur. Bu bal da Rusiya və Ukraynadan idxal edilən ballar sırasındadır.

Ən çox tanınan bal çeçidlərindən ayrılıqda bəhs etdiyimizə görə, artıq ümumiləşdirə və ilk başdakı sualınıza cavab verə bilərik. Bal seçərkən ilk öncə onun təbii olmasına önəm vermək lazımdır. Süni, sənaye balları səhhəttinizə şəkərdən daha çox ziyan vurur. İkinci növbədə çalışmaq lazımdır ki, xüsusi proseslərdən keçməyən balları əldə edəsiniz. Bəzən balların görünüşün daha şəffaf olması, xarlamaması üçün ona pasterizasiya və filtrizasiya proseslərini tətbiq edirlər. Nəticədə balın tərkibində demək olar ki, heç bir faydalı ferment, vitamin və s. qidalandırıcı maddə qalmır. Balın təbii və xam bal (filtirzasiya və pasterizasiya edilməyən) olduğuna əmin olduqdan sonra damaq zövqünüzə uyğun olanı seçib, könül rahatlığı ilə qəbul edə bilərsiniz.
Bütün təbii ballar antibakterialdır və antioksidant xüsusiyyətə malikdir. Mədə və bağırsaqların funksiyasının yaxşılaşmasına kömək edir. Yaraları sağaldır. Nəfəs yolları xəstəliklərinin müalicəsində uğurludur. İmmuniteti gücləndirir, orqanizmi gümrahlaşdırır. Oynaq ağrılarında, duzlaşmada xaricə tətbiq edildikdə effektiv olur. Bütün bu sadaladığımız və sadalamadığımız xüsusiyyətlərdən əlavə bal həmçinin kosmetik vasitə kimi də istifadə olunur. Fərqli qarışımlarla birgə istifadə edildikdə dərini təravətləndir, nəmləndirir.
Həmişə sağlıqda və gözəllikdə!