Category: Blog

  • Hansı bal daha yaxşıdır?

    Hansı bal daha yaxşıdır?

    Qinyətoğullarinin bal yığdığı ərazilərdə əsas bal verən bitkilər qaratikan, akasiya, cökə, müxtəlif yonca növləri, barınc, biyandır. Həmçinin yemişan, moruq, dəvətikanı, murdarça, pişik caynağı, müxtəlif qanqal növləri və s. bitkilər də bal topladığımız bitkilər arasındadır. Ancaq bu bitkilər yığılan balın kiçik faizini təşkil etdiyindən istehlakçılara o qədər də məlum deyil.
    Hansı bal daha yaxşıdır? Uşaqlara hansı bal məsləhətdir? Hansı bal daha müalicəvidir?
    Bu tip suallarla gün ərzində dəfələrlə rastlaşırıq. Nəzərə alsaq ki, vətənimizin təbiəti zəngindir və bal verən çiçəklərimiz kifayət qədərdir, həmçinin, bal haqqında kifayət qədər məlumat kirliliyi var bu sualların ortaya çıxması tam təbiidir.

    Qaratikan balının tərkibinin əsas hissəsini qaratikan bitkisi çiçəklərinin nektarı təşkil edir. Bu tikanlı kol bitkisinin yarpaqları, meyvəsi, gövdəsinin qabığı xalq təbanətində geniş istifdə edilir Qaratikan balının tərkibində eyni zamanda akasiya, yemişan, murdarça nektarı da olur. Dadı şirindir, xoş, mülayim ətri var. Sarı kəhraba rəngi var. Boğazı o qədər də yandırmır, uşaqların sevimlisi olması təəccüblü deyil.

    Cökə balı Qafqazın öndə gələn balllarından biridir. Cökə bitkisini demək olar ki, hamımız tanıyırıq. Cökə çiçəklərinin ətri necə özünəməxsusdursa, eyniylə balı da özünəməxsusdur. Bir dəfə cökə balını dadan kəs onu rahatlıqla digər ballardan ayırd edə bilər. Cökə balı tərkibinə qarışan digər nektarlardan asılı olaraq həm tünd, həm də açıq rəngli ola bilər.

    Dağ balı iyul-avqust aylarında dağlıq zonalardan yığılır. Dağların münbit, zəngin təbiətini dağ balının dadında və rəngində aydın sezə bilərsiniz. Adətən tünd rəngli və kəskin dadlı olur. May balının fərqli olaraq boğazı yandırır.
    Yonca balı əsasən cənub və aran zonalarından yığılır. Açıq rəngli olur. Tez xarlıyır. Yonca balı o qədər yüngül baldır ki, demək olar ki, boğazı yandırmır. Bu xüsusiyyəti asanlıqla istifadəçilər karıxdırır. Adətən el arasında elə bilinir ki, əgər bal boğazı yandırmırsa deməli təbii deyil.

    Biyan balı aran rayonlarından yığılır. Tərkibinin əsasını biyan bitkisinin nektarı təşkil edir. Həmçinin tərkibində dəvətikanı, qanqal, pişik caynağı və s. bitkilərin nektarı olur. Biyan bitkisi ta qədim zamandan müalicəvi bitki kimi istifadə olunur. Yəqin əksəriyyətimiz biyan kökünün faydalarından xəbərdardır. Təəssüf ki oson illərdə biyan kökünə təlabat artdığı üçün sahələri şumlayıb biyan kökünü yığırlar. Bun səbəbdən də biyan balının təbii plantasiyaları demək olar ki qalmayıb.

    Barınc balı Mingəçevir su anbarının subasarından yığılır. Sarı barınc bitkisi özü müalicəvi xüsusiyyətə malikdir. Bu bal çox sürətlə xarlayır. Özünəməxsus kəskin qoxusu var. Adətən bu qoxu istifadəçiləri uzaqlaşdırır. Dadı isə tamamilə başqa aləmdir. Bir dəfə dadmanız onu sizin sevimlinizə çevirəcək. Tez xarladığıdan qablaşdırıması çətindir. Ona görə də yalnızca xüsusi satış stendlərimizdən əldə edə bilərsiniz.

    Şabalıd balı çox tanınan, axtarılan ballar siyahısındadır. Rəngi çox tünd olur. Heç xoşagələn dadı da yoxdur. Təəssüf ki, son illər şabalıd ağaclarının sayı xəstəliklər ucbatından kəskin azalmışdır. Buna görə də satışa çıxaralcaq qədər şabalıd bal istehsal etmək demək olar ki, mümkünsüz hala gəlib.

    Digər çox soruşulan ballardan biri də akasiya balıdır. Rəngsiz, şəffaf baldır, ətri çox zərifdir. Bal ağzınızda əriyərkən baharın təravətini hiss edirsiniz. İstehsalçı olaraq, akasiya balını çeşidlərimiz arasına daxil etmirik. Çünki akasiya bitkisindən dərhal sonra qaratikan bitkisi çiçəkləyir. Akasiya balını pətəklərdən götürmək, süzmək qaratikan bitkisinə yetişməyimizi gecikdirəcəyi üçün arılarımızı birbaşa akasiyalıqdan qaratikanlığa aparırıq. Nəticədə həm akasiya, həm qaratikan bitkisinin möhtəşəm dadlarının birləşdiyi, gec xarlayan May balı əldə edirik.
    Həmçinin qarabaşaq balı da çox soruşulur. Azərbaycanda qarabaşaq əkilmədiyi üçün bu bitkinin balını yığa biləcəyimiz mənbələr yoxdur. Bu bal da Rusiya və Ukraynadan idxal edilən ballar sırasındadır.

    Ən çox tanınan bal çeçidlərindən ayrılıqda bəhs etdiyimizə görə, artıq ümumiləşdirə və ilk başdakı sualınıza cavab verə bilərik. Bal seçərkən ilk öncə onun təbii olmasına önəm vermək lazımdır. Süni, sənaye balları səhhəttinizə şəkərdən daha çox ziyan vurur. İkinci növbədə çalışmaq lazımdır ki, xüsusi proseslərdən keçməyən balları əldə edəsiniz. Bəzən balların görünüşün daha şəffaf olması, xarlamaması üçün ona pasterizasiya və filtrizasiya proseslərini tətbiq edirlər. Nəticədə balın tərkibində demək olar ki, heç bir faydalı ferment, vitamin və s. qidalandırıcı maddə qalmır. Balın təbii və xam bal (filtirzasiya və pasterizasiya edilməyən) olduğuna əmin olduqdan sonra damaq zövqünüzə uyğun olanı seçib, könül rahatlığı ilə qəbul edə bilərsiniz.
    Bütün təbii ballar antibakterialdır və antioksidant xüsusiyyətə malikdir. Mədə və bağırsaqların funksiyasının yaxşılaşmasına kömək edir. Yaraları sağaldır. Nəfəs yolları xəstəliklərinin müalicəsində uğurludur. İmmuniteti gücləndirir, orqanizmi gümrahlaşdırır. Oynaq ağrılarında, duzlaşmada xaricə tətbiq edildikdə effektiv olur. Bütün bu sadaladığımız və sadalamadığımız xüsusiyyətlərdən əlavə bal həmçinin kosmetik vasitə kimi də istifadə olunur. Fərqli qarışımlarla birgə istifadə edildikdə dərini təravətləndir, nəmləndirir.
    Həmişə sağlıqda və gözəllikdə!

  • Dalga TV efirində Bal Kimi

    Dalga TV efirində Bal Kimi

    Azərbaycanın peşəkar arıçılarının möhtəşəmliyi ondadır ki, onlar həmişə bir-birinə dəstək olur və birgə Azərbaycan arıçılığının inkişafı üçün çalışırlar.

  • Təbii balı necə ayırd edək?

    Təbii balı necə ayırd edək?

    Bal deyəndə əksəriyyətimizin ağlına ilk gələn sual budur ki, təbii balı necə ayırd edək?

    Azərbaycanda son illər arıçıların sayı sürətlə artmağa başlayıb.

    Artıq arıçılıq dədə-babadan qalma həvəskar məşğuliyyətdən daha çox kommersiyal fəaliyyət növü kimi inkişaf edir. Nəticədə bal əvvəllər ancaq rayonda filan qonşuda tapılırdısa, indi istənilən marketin rəflərində tapılır. Bəs bu rəflərdəki balların təbiisini necə ayırd edək?

    El arasında balın təbiiliyini test etmək üçün n qədər üsul bilinir.
    Professional olaraq öz müştərilərimizə həmişə məsləhət görürük ki, məhsulu laboratoriyada yoxlatsınlar. Laboratoriyaya getməyin əlavə əmək və zaman tələb etdiyini nəzərə alaraq bu postda öz təcrübəmizə əsaslanaraq təbii balı aydınlaşdırmaq üçün bir neçə ipucu verəcəyik.

    1. Təbii balı soyuq su ilə axıtmaq çox çətindir. İsti su ilə ovalıyaraq çıxartmaq lazım gəlir. Və ya bir müddət islanması üçün gözləməli oluruq.

    2. Təcrübə üçün bal bankasını hər hansı mətnin üzərinə qoyun. Əgər bankadan arxasında yazılar oxuna bilirsə deməli o bal təbii deyil. Təbii balın içində o qədər ferment, vitamin, antioksidant, çiçək tozu və s. qidalandırıcı maddə var ki, o şəffaf olmur. Və bankanın digər tərəfində olan yazıları oxumaq çətinləşir

    3. Təbii bal XARLAYIR. Çox təəssüf ki, çoxlarımız bilmir ki, təbii bal xarlamalıdır. Və xarlamış balı xarab olmuş sanıb atır.
    Balın xarlaması haqqında daha ətraflı yazı saytda dərc olunub.

    4. Təbii bal dərimiz tərəfindən sovrulur. Sanılanın əksinə əlinizə bal yaxan kimi sovrulub getməyəcək. Əlinizə yaxdığınız balı masaj edərək dəriyə yedirtmək lazımdır. Bir müddət sonra yapışqanlığın qalmadığını görəcəksiniz. Təcrübə üçün gecə yatmazdan əvvəl ağrı olan nahiyələrə bal çəkin. Səhər oyandıqda təbii bal sovrulmuş olacaq.

    5. Bilinənin əksinə hər təbii bal boğazı yandırmır. Balın rəngi, dadı, ətri yığıldığı bitkilərdən dolayı müxtəlif olur. Elə ballar var ki çox yüngül, mülayim dadlı olur və boğazı yandırmır. Buna yonca balını, qaratikan balını misal göstərmək olar.

  • Təbii bal niyə xarlayır?

    Təbii bal niyə xarlayır?

    Çox az sayda istifadəçi balın xarlama xüsusiyyətindən xəbərdardır. İnsanlar elə düşünür ki, xarlamış bal artıq xarab olub və ya bu bal saxtadır. Ballar tərkibinə görə müxtəlif cür xarlayır. Bəzi ballarda kristallar kiçik, bəzilərində böyük düyünlər şəklində olur.
    Halbuki, əsl təbii bal XARLAMALIDIR! Təbii bal zaman keçdikcə xarlayır, və xarlama prosesi balın keyfiyyətinə heç bir təsir göstərmir. Yalnız rəngi və teksturası dəyişir. Hətta bəzi istifadəçilər xarlı balı istifadəsi asan olduğuna görə daha çox sevirlər.

    Təbii bal niyə xarlayır?

    Bildiyimiz kimi balın tərkibində sadə şəkərlər (fruktoza və qlükoza) (>80%) və su (<20%) var.

    Bu o deməkdir ki, suda mümkün olandan artıq şəkər həll olub və bu ifrat doymuş sayılır. Bu hal daimi ola bilməz , yəni suda həcmindən 4 dəfə artıq şəkər həll olmuş vəziyyətdə uzun müddət qala bilməz.
    Balın hansı formada və sürətdə xarlaması fruktoza və qlükozanın miqdarından və nisbətindən asılıdır.
    Balın xarlamasına səbən olan qlükozadır. Çünki fruktoza suda daha asan həll olur.
    Belə ki, qlükoza sudan ayrılır və kiçik kristallara çevrilir və zamanla bu kristallar bütün bala yayılır.

  • Bal alarkən diqqət edilməsi lazım olan məqamlar

    Bal alarkən diqqət edilməsi lazım olan məqamlar

    Bu bloq seriyamızda sizlərin çox soruşduğu sualları cavablandırmağa çalışacağıq.

    Emal olunmamış xam bal dedikdə eyniylə pətəkdəki vəziyyətində saxlanılmış bal nəzərdə tutulur. Yəni bal pətəkdən götürülür, süzülür, durulması üçün bir müddət gözlənilir və qablaşdırılaraq satışa çıxarılır.
    Emal olunmuş isə süzüldükdən sonra bir neçə prosesə – pasterizasiya və filtrizasiyaya məruz qalır. Proseslərin məqsədi balın xarlama müddətini uzatmaq, daha şəffaf və estetik görünüş əldə etməkdir.

    Pasterizasiya, yüksək istilik tətbiq edərək balda olan mayanı məhv edən bir prosesdir. Bu, rəf ömrünü uzatmağa kömək edir. Filtrizasiya isə cisimləri aradan qaldırır, beləcə bal daha uzun müddət duru və aydın şəkildə qalır. Bu görünüşdə estetik olaraq istehlakçılara daha xoş gəlir.

    Bəs bu proseslər balın tərkibinə və faydalarına necə təsir göstərir?

    Emal olunan bal görünüşcə xoş görünsədə, keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşür.
    Xam balın tərkibində bir sıra qidalandırıcı maddələr – 22 amino asid, 31 müxtəlif mineral, vitaminlər və fermentlər var. Həmçinin xam balda təxminən 30 növ bioaktiv bitki birləşməsi var. Bunlara polifenollar deyilir və antioksidanlar kimi çıxış edirlər. Aparılan tədqiqatlar göstərir ki, bu antioksidantlar orqanizmdə iltihabı azaldır, ürək və xərçəng xəstəliklərinə qarşı faydalıdır.
    Emal olunmuş balın tərkibində keçdiyi proseslərdən dolayı antioksidantlar, ferment və vitaminlər azalır. Aparılmış tədqiqatların nəticələrinə görə xam balda emal olunmuş baldan 4.3 dəfə daha çox antioksidant var.

    Xam balın tərkibində həm də , arılar üçün önəmli qida mənbəyi olan çiçək tozu olur. Çiçək tozu yüksək qida dəyərinə sahibdir, tərkibində vitaminlər, amin turşuları, əsas yağ turşuları, mikroelementlər və antioksidanlar da daxil olmaqla 250-dən çox maddə var.

    Faktiki olaraq, Almaniya Federal Səhiyyə Nazirliyi çiçək tozunu dərman kimi tanıyır. Təəssüf ki, həddən artıq qızıdırılma və filtrizasiya prosesləri balın tərkibindəki çiçək tozunu yox edir
    Qeyri-rəsmi bir araşıdrmaya görə, Amerikada 60 müxtəlif brend balların nümunələrinin 75% çiçək tozu yoxdur.

    Emal prosesləri nətciəsində məhv olan fermentlərdən biri də qlükoza oksidazdır. Hansı ki, bu ferment balda antimikrobial və antibakterial xüsusiyyətlər verən molekulların istehsalına kömək edir.

    Xam bal qablaşdırılmadan öncə çoxtutumlu böyük qablarda durulması üçün saxlanılır və tərkibində lazım olab bütün qidalandırıcı maddələri, çiçək tozunu, fermentləri, vitaminləri, antioksidantları saxlayır. Əksinə emal olunmuş balın tərkibində keçdiyi proseslərdən dolayı qeyd edilən faydalı elementlər kəskin şəkildə azalır və ya tamamilə məhv olur.
    Balın vəd edilən faydalarından yararlanmaq üçün balın estetik görünüşündən daha çox tərkibinə önəm verilməlidir.

    Bu bloq seriyamızda sizlərin çox soruşduğu sualları cavablandırmağa çalışacağıq.
    Ümid edirik ki, axtardığınız cavabları məqalələrimizdə taparsınız!