Təbii bal niyə xarlayır?
Çox az sayda istifadəçi balın xarlama xüsusiyyətindən xəbərdardır. İnsanlar elə düşünür ki, xarlamış bal artıq xarab olub və ya bu bal saxtadır. Ballar tərkibinə görə müxtəlif cür xarlayır. Bəzi ballarda kristallar kiçik, bəzilərində böyük düyünlər şəklində olur.
Halbuki, əsl təbii bal XARLAMALIDIR! Təbii bal zaman keçdikcə xarlayır, və xarlama prosesi balın keyfiyyətinə heç bir təsir göstərmir. Yalnız rəngi və teksturası dəyişir. Hətta bəzi istifadəçilər xarlı balı istifadəsi asan olduğuna görə daha çox sevirlər.
Təbii bal niyə xarlayır?
Bildiyimiz kimi balın tərkibində sadə şəkərlər (fruktoza və qlükoza) (>80%) və su (<20%) var.
Bu o deməkdir ki, suda mümkün olandan artıq şəkər həll olub və bu ifrat doymuş sayılır. Bu hal daimi ola bilməz , yəni suda həcmindən 4 dəfə artıq şəkər həll olmuş vəziyyətdə uzun müddət qala bilməz.
Balın hansı formada və sürətdə xarlaması fruktoza və qlükozanın miqdarından və nisbətindən asılıdır.
Balın xarlamasına səbən olan qlükozadır. Çünki fruktoza suda daha asan həll olur.
Belə ki, qlükoza sudan ayrılır və kiçik kristallara çevrilir və zamanla bu kristallar bütün bala yayılır.