AzəriBal | Təbii balı necə ayırd edək?

Təbii balı necə ayırd edək?

Bal deyəndə əksəriyyətimizin ağlına ilk gələn sual budur ki, təbii balı necə ayırd edək?

Azərbaycanda son illər arıçıların sayı sürətlə artmağa başlayıb.

Artıq arıçılıq dədə-babadan qalma həvəskar məşğuliyyətdən daha çox kommersiyal fəaliyyət növü kimi inkişaf edir. Nəticədə bal əvvəllər ancaq rayonda filan qonşuda tapılırdısa, indi istənilən marketin rəflərində tapılır. Bəs bu rəflərdəki balların təbiisini necə ayırd edək?

El arasında balın təbiiliyini test etmək üçün n qədər üsul bilinir.
Professional olaraq öz müştərilərimizə həmişə məsləhət görürük ki, məhsulu laboratoriyada yoxlatsınlar. Laboratoriyaya getməyin əlavə əmək və zaman tələb etdiyini nəzərə alaraq bu postda öz təcrübəmizə əsaslanaraq təbii balı aydınlaşdırmaq üçün bir neçə ipucu verəcəyik.

 

1. Təbii balı soyuq su ilə axıtmaq çox çətindir. İsti su ilə ovalıyaraq çıxartmaq lazım gəlir. Və ya bir müddət islanması üçün gözləməli oluruq.

2. Təcrübə üçün bal bankasını hər hansı mətnin üzərinə qoyun. Əgər bankadan arxasında yazılar oxuna bilirsə deməli o bal təbii deyil. Təbii balın içində o qədər ferment, vitamin, antioksidant, çiçək tozu və s. qidalandırıcı maddə var ki, o şəffaf olmur. Və bankanın digər tərəfində olan yazıları oxumaq çətinləşir

3. Təbii bal XARLAYIR. Çox təəssüf ki, çoxlarımız bilmir ki, təbii bal xarlamalıdır. Və xarlamış balı xarab olmuş sanıb atır.
Balın xarlaması haqqında daha ətraflı yazı saytda dərc olunub.

4. Təbii bal dərimiz tərəfindən sovrulur. Sanılanın əksinə əlinizə bal yaxan kimi sovrulub getməyəcək. Əlinizə yaxdığınız balı masaj edərək dəriyə yedirtmək lazımdır. Bir müddət sonra yapışqanlığın qalmadığını görəcəksiniz. Təcrübə üçün gecə yatmazdan əvvəl ağrı olan nahiyələrə bal çəkin. Səhər oyandıqda təbii bal sovrulmuş olacaq.

5. Bilinənin əksinə hər təbii bal boğazı yandırmır. Balın rəngi, dadı, ətri yığıldığı bitkilərdən dolayı müxtəlif olur. Elə ballar var ki çox yüngül, mülayim dadlı olur və boğazı yandırmır. Buna yonca balını, qaratikan balını misal göstərmək olar.

Related tags

Leave a comment:

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir